İtaliyanın “Kremoneze” klubunun dayaq yarımmüdafiəçisi Şarl Pikel bundan sonra “Espanyol”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb. Transferin digər detalları barədə məlumat verilmir.
Şarl Pikel İsveçrənin “Bazel” klubunun yetirməsidir. O, karyerası ərzində “Qrasshopper”, “Şaffhauzen”, “Ksamaks”, “Qrenobl” və “Famalikan” kimi klublarda da çıxış edib. “Kremoneze” yarımmüdafiəçini 2022-ci ilin yayında 3,8 milyon avro müqabilində heyətinə qatmışdı. O, İtaliya klubunun heyətində 104 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Pikel vaxtilə İsveçrənin U-15, U-18, U-19 və U-20 yığmalarında oynasa da, 2023-cü ildən Konqo Demokratik Respublikası millisinin şərəfini qoruyur. O, bu ölkənin milli komandasının heyətində 24 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,4 milyon avro məbləğində qiymətləndirir.



