Sarri: “Onlara qalib gəlmək imkanımız 25-30 faizdir”

“Latsio”nun baş məşqçisi Maurisio Sarri İtaliya Super Kubokunun yarımfinal mərhələsində “İnter”lə oyun öncəsi gözləntilərindən danışıb.

Arena.az italyan mütəxəssisin oyun öncəsi mətbuat konfransında bu xüsusda səsləndirdiyi fikirlərini təqdim edir:

“Köklənmişik, bizi Avropanın ən yaxşı komandalarından birinə qarşı çox çətin oyun gözləyir. Onlara qalib gəlmək imkanımız 25-30 faizdir. Biz öz iddialarımızı nümayiş etdirməliyik. Hər bir kubok kluba, oyunçulara və bütün heyətimizə məmnunluq gətirir.

“İnter”i məğlub etmək üçün komandamıza nə lazımdır? Səhv etməməliyik. Onlar oyunun bir hissəsidirlər, amma “İnter”in adı elədir ki, onlar demək olar ki, səhv etmirlər”, deyə Sarri bildirib.

“Latsio” – “İnter” oyunu bu gün, yanvarın 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ilk yarımfinal oyununun qalibi “Fiorentina”nı 3:0 hesabı ilə məğlub etmiş “Napoli” olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: