“Sassuolo” 4, “Cenoa” tək qolla qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Sassuolo” dogma meydanda “Spetsiya”nı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Günün digər matçı “Cenoa” ilə “Torino” arasında baş tutub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi oyunu Romada keçiriləcək. Burada paytaxtın iki təmsilçisi – “Roma” və “Latsio” üz-üzə gələcək. İlk dövrədə keçirilən oyunda “qartallar” 3:2 hesablı qələbə qazanmışdı. Hazırda turnir cədvəlində qonşu olan komandaları bir-birindən 1 xal ayırır. “Latsio” 49 xalla 5-ci, “Roma” isə 48 xalla 6-cı pillədə qərarlaşıb.

Liderlər qrupuna gəlincə, “Milan”ın “Kalyari” səfərindən 3 xalla dönməsi üçün ciddi maneə görünmür. “Napoli” isə bu turda “Udineze”ni sınağa çəkəcək.

Ötən tur xal itirən “İnter”i bu dəfə “Fiorentina” ilə heç də asan olmayan mübarizə gözləyir.

İtaliya A Seriyası
30-cu tur
18 mart

Sassuolo – Spetsiya 4:1
Qol: Berardi, 17; 48. K.Ayhan, 78. Skamakka, 81 – Verde, 36.

Cenoa – Torino 1:0
Qol: Portanova, 14.

19 mart

18:00 Napoli – Udineze
21:00 İnter – Fiorentina
23:45 Kalyari – Milan

20 mart

15:30 Venetsiya – Sampdoriya
18:00 Empoli – Verona
18:00 Yuventus – Salernitana
21:00 Roma – Latsio
23:45 Bolonya – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: