“Sassuolo” Ariyanet Muriçi icarəyə götürdü

“Sassuolo” 26 yaşlı kosovolu qapıçı Ariyanet Muriçi İngiltərənin “İpsviç Taun” klubundan icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. “Sassuolo” qapıçını sonradan satın almaq hüququna malikdir.

Ariyanet Muriç “Mançester Siti”nin məzunudur. Qapıçı həmçinin icarə əsasında “NAK Breda”, “Nottingem Forest”, “Jirona”, “Villem II”, “Adana Demirspor”, eləcə də tamhüquqlu əsasda “Börnli” və “İpsviç Taun” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Ariyanet Muriç “İpsviç Taun” üçün 19 oyuna çıxıb, 33 qol “yeyib”, 2 oyundan “quru” qurtulub.

Ariyanet Muriç 2018-ci ilin noyabr ayında debüt etdiyi Kosovo yığmasının heyətində 43 oyun keçirib, 58 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 26 yaşlı kosovolu qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: