Saul Koko və Alberto Paleari “Torino”da

İtaliyanın “Torino” klubu heyətini iki yeni futbolçu – mərkəz müdafiəçisi Saul Koko və qapıçı Alberto Paleari ilə gücləndirib.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

A Seriyasında mübarizə aparan “Torino” Kokonu İspaniyanın “Las Palmas” klubundan transfer edib. İtaliya klubu bu transfer üçün 7,5 milyon avrosundan keçib. 25 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

Paleari isə İtaliyanın digər klubu “Benevento”dan transfer olunub. Bu keçidin detalları açıqlanmasa da, 31 yaşlı italyan qolkiperlə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Saul Koko peşəkar karyerasına İspaniyanın “Espanyol” klubunda başlayıb. Bu klubda olarkən “Horta”ya icarəyə də verilmiş futbolçu 2020-ci ildən “Las Palmas”ın sıralarında çıxış edirdi. 25 yaşlı futbolçu La Liqa təmsilçisinin əsas komandasında 84 oyuna çıxıb, 2 qola imza atıb. 2017-ci ildən Ekvatorial Qvineya yığma komandasında çıxış edən Koko, millinin heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 3 top da keçirib.

Alberto Paleari isə “Milan”ın yetirməsidir. 31 yaşlı qapıçı karyerası ərzində “Pontisola”, “Tritium”, “Virtus Entalla”, “Mantova”, “Cana Erminio”, “Çittadella”, “Cenoa” kimi klubların da formasını geyinib.

Paleari 2021-ci ilin iyul ayından “Benevento”da çıxış edirdi. Təcrübəli italyan qolkiper bu komandanın heyətində 114 oyuna çıxıb, 115 qol buraxıb, 39 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb. İtaliyanın U-23 yığmasında oynamış Albertoya sonralar əsas millidə ehtiyac duyulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: