İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın “Rasinq” klubundan Karlos Alkarası transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İngiltərə klubu bu transferə görə 13.65 milyon avro ödəyib.
Karlos Alkaras “Rasinq”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 83 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.
“Sauthempton” öz hücumçusu Dan Nlundulunu isə “Bolton”a icarəyə göndərib. İngiltərədən olan futbolçu bu ilin 31 mayına kimi icarədə çıxış edəcək.
Dan Nlundulu Premyer Liqa klubunun öz yetirməsidir. 23 yaşlı forvard daha öncə “Linkoln Siti” və “Çeltnem Taun” klublarında da icarədə olub. O, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


