Futbol üzrə İsveç millisinin kapitanı Sebastyan Larsson yığma karyerasını bitirib. Arena.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib.
36 yaşlı futbolçu İsveç millisinin formasını 13 il ərzində geyinib.
Larsson İsveç yığmasının heyətində bir dəfə dünya, dörd dəfə Avropa çempionatında çıxış edib. O, DÇ-2018, AÇ-2008, AÇ-2012, AÇ-2016 və AÇ-2020-nin iştirakçısı olub. Yarıımmüdafiəçi millidə keçirdiyi 133 oyunda 10 qol vurub.
London “Arsenal”ının yetirməsi olan Sebastyan Larsson, peşəkar karyerasına da İngiltərə klubunda başlayıb. O, sonralar “Birmingem”, “Sanderlend” və “Hall Siti”də də forma geyinib. Təcrübəli futbolçu 2018-ci ildən İsveç AİK-inin uğurları üçün çalışır.


