Sebastyan Otoa “Cenoa”da

Danimarkanın “Olborq” klubunun mərkəz müdafiəçisi Sebastyan Otoa bundan sonra “Cenoa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transferi 2,75 milyon avroya rəsmiləşdirib. 20 yaşlı danimarkalı müdafiəçi ilə 3,5+1 illik müqavilə imzalanıb.

Sebastyan Otoa “Kopenhagen” və “Roskilde” klublarının yetirməsi olsa da, peşəkar karyerasına elə “Olborq”da başlayıb. Müdafiəçi bu komandanın heyətində 44 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Otoa Danimarkanın U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.