Futbol üzrə Fransa çempionatında (Liqa) uğursuz mövsümü geridə qoymuş “Monako” baş məşqçisi Sebastyan Pokonyoli ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı belçikalı mütəxəssisin bu ilin yayında bitəcək müqaviləsi yenilənməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Sebastyan Pokonyoli 2025-ci ilin oktyabrından bu komandanı çalışdırırdı. Onun rəhbərliyi altında “Monako” 38 oyunda 16 qələbə, 9 heç-heçə və 13 məğlubiyyət görüb.
Komanda 2025/2026-cı illər mövsümünü Liqa 1-də 54 xalla 7-ci yerdə başa vurub.
Fransa mətbuatının yazdığına görə, “Monako”nun yeni baş məşqçisi Filipe Luis olacaq.
Xatırladaq ki, Pokonyoli daha öncə Belçikanın U-18 yığmasına və “Yunion” komandasına da rəhbərlik edib.


