Bu ilin yayında “Monako”dan ayrılmış belçikalı futbol mütəxəssisi Sebastyan Pokonyoli bundan sonra Şotlandiya millisinə rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Pokonyoli bu vəzifədə Stiv Klarkı əvəz edib. Komandanı UEFA Millətlər Liqasına məhz belçikalı məşqçinin hazırlayacağı vurğulanıb.
Sabiq sol cinah müdafiəçisi olan Sebastyan Pokonyoli karyerası ərzində “Vest Bromviç” və “Brayton” kimi klublarda çıxış edib. O, Şotlandiya millisinin tarixinə Almaniya və Azərbaycan yığmalarının sabiq çalışdırıcısı Berti Foqtsdan sonra ikinci əcnəbi baş məşqçi kimi düşüb.
Xatırladaq ki, Pokonyoli 2025-ci ilin oktyabrından “Monako”nu çalışdırırdı. Onun rəhbərliyi altında bu komanda 38 oyunda 16 qələbə, 9 heç-heçə və 13 məğlubiyyət görüb. Knyazlıq təmsilçisi 2025/2026-cı illər mövsümünü Liqa 1-də 54 xalla 7-ci yerdə başa vurub.
Pokonyoli daha öncə Belçikanın U-18 yığmasına və “Yunion” komandasına da rəhbərlik edib.



