Seksual xanım atlet Erlinq Halanda meydan oxudu – Foto

“Busted Coverage” jurnalına görə planetin ən seksual idmançısı bilinən alman yüngül atlet Alisa Şmidt maraqlı iddiası ilə diqqət çəkib.

Arena.az bu barədə “Dagbladet” dərgisinə istinadən məlumat verir.

Şmidt İngiltərənin “Mançester Siti” klubunun və Norveç yığmasının hücumçusu Erlinq Halanda meydan oxuyub.

Şmidtdən 400 metr məsafəyə qaçışda Halanda qalib gələ biləcəyini soruşduqda, Şmidt belə cavab verdi: “Ah, mən bilmirəm. Ola bilər. Düşünürəm ki, 400 metrdə bunu edə bilərəm. Amma 200 metrdə daha çətin olar. Amma nə vaxtsa belə bir duel baş verərsə, Halandla bu qarşılaşmanı keçirmək istərdim.

Bəlkə də Erlinqə dəvət göndərməliyəm. Mən həmişə hazıram. Haland, mənimlə mübarizə aparmağa hazırsansa, hansımızın daha sürətli olduğunu yoxlamaq istərdim”, deyə Şmidt iddiasını ortaya qoyub.

Xatırladaq ki, 2020-ci ildə Şmidt Dortmund “Borussiya”nın fitnes məşqçisi olub. O, hətta klubun və Almaniya yığma komandasının mərkəz müdafiəçisi Mats Hummels ilə futbolçunu məğlub edə bildiyi 400 metr məsafədə yarış təşkil etmişdi.

Şmidt Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında Almaniya komandasının tərkibində 4×400 metr məsafəyə qarışıq estafetdə iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: