“Selta”da Eduardo Koudet dönəmi başa çatdı

İspaniyanın “Selta” komandasının baş məşqçisi Eduardo Koudet istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı mütəxəssislə müqaviləyə xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Selta” son 5 matçdan dördündə uduzub və cəmi bir oyunda heç-heçə edib. Komanda 12 turdan sonra 11 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Eduardo Koudet 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi. 48 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 84 oyuna çıxarıb. Sözügedən kollektiv bu görüşlərdə 31 qələbə qazanıb, 19 heç-heçə edib və 34 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: