Futbol üzrə İspaniya milli komandasının da üzvü olan Serci Roberto “Barselona”nın yeni kapitanı təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Komandanın qapıçısı Mark-Andre ter Ştegen 2-ci, hücumçu Usman Dembele isə 3-cü kapitan olacaqlar.
Ötən mövsüm “Barselona”nın əsas kapitanı Serxio Buskets idi. O, bu ilin iyun ayında klubdan ayrılıb və azad agent kimi MLS təmsilçisi “İnter Mayami”yə keçib.
Qeyd edək ki, bu gün “Barselona”nın futbolçuları istirahətdən qayıdıblar. Onlar yay fasiləsindən sonra ilk məşqə çıxıblar.
Onu da xatırladaq ki, 31 yaşlı Serci Roberto 2013-cü ildən “Barselona”da çıxış edir. Ötən mövsüm ispan müdafiəçi bütün turnirlər çərçivəsində 33 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib. O, Kataloniya təmsilçisində bütövlükdə 349 oyun keçirib, 16 qol və 40 məhsuldar ötürmə müəllifi olub. Serci İspaniya milli komandasında da 11 oyuna 1 qol vurub.


