Serxi Roberto daha bir il “Barselona”da!

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən 30 yaşlı futbolçu 2023-cü ilin yayınadək La Liqa klubunda oynayacaq. Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı.

Serxi Roberto “Barselona”nın öz yetirməsidir. O, 2010/11 mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu, “Barselona”da meydana çıxdığı 316 matçda 12 qolla yadda qalıb.