Serxio Ramos Antonio Rüdigerin yanaqlarını dartışdırdı

“Sevilya”nın müdafiəçisi Serxio Ramos La Liqanın 10-cu turunda “Real”la oyunda (1:1) rəqib müdafiəçi Antonio Rüdigerlə mübahisə edib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, mübahisə zəminində hisslərini cilovlaya bilməyən Ramos Antonio Rüdigerin yanaqlarını dartışdırıb.

Hadisə oyunun 41-ci dəqiqəsində baş verib. Serxio küncdən zərbə zamanı Cud Bellingemi nəzarətdə saxlayıb. İngilis yarımmüdafiəçi ispan müdafiəçinin ona qarşı qaydaları pozduğundan şikayətlənib. Bundan sonra Antonio Serxio ilə dialoqa girişib.

Mübahisə zamanı Serxio Ramos hisslərini cilovlaya bilməyib və Rüdigerin yanaqlarından tutub dartışdırıb. “Real”ın digər futbolçuları müdafiəçiləri bir-birindən ayıraraq uzaqlaşdırıblar. Nəticədə “qoçular” vərəqə cəzasından qurtula biliblər. Oyundan sonra isə müdafiəçilər qucaqlaşaraq baş vermiş xoşagəlməzliyi adlaya bildiklərini sübut ediblər.

“Real” hazırda 10 turdan sonra 25 xalla La Liqanın lideridir, amma 9 oyun keçirmiş “Atletiko” və “Qranada” hərəyə 22 xal topylayıblar və növbəti oyunda qələbə qazanaraq “kral klubu”una çata bilərlər. “Sevilya” isə 9 oyundan 9 xal toplayıb və hazırda 13-cü pillədə yer alıb. “Sevilya”nın ehtiyatda təxirə salınmış 1 oyunu olduğunu və 10-cu turun başa çatmadığını nəzərə alsaq, komandanın turnir cədvəlində yerdəyişməsi qaçılmazdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: