Serxio Ramos “Sevilya”da ilk oyunu haqda danışdı

“Sevilya”nın mərkəz müdafiəçisi Serxio Ramos “Sevilya”ya qayıtdıqdan sonra ilk oyununa çıxıb və duyğularını paylaşıb.

Arena.az xəbər verir ki, Ramosun qayıdışı İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Las Palmas”la ev oyununda (1:0) baş tutub.

O, sonuncu dəfə 2005-ci il avqustun 28-də “Sevilya”nın heyətində meydana çıxmışdı.

Təcrübəli müdafiəçi komandasının qələbəsini şərh etməklə yanaşı, doğma klubu üçün qayıdışından sonra keçirdiyi ilk oyunundan doğan təəssüratını duyğusalcasına ifadə edib:

“Komanda üçün çətin başlanğıcdan sonra hər şeydən çox nəticədən çox razıyam. Bir üstünlüyümüz vardı – ev stadionu. Biz çox fəallıqla oynadıq və siz rəqabətədavamlı olduğumuzu görə bilərdiniz. Komanda yaxşı fəaliyyət göstərirdi, çox təpgi göstərdik. Ən əsası odur ki, üç vacib xal qazandıq.

Mən çox güclü duyğular yaşadım. Öz adamlarınla, evinlə, pərəstişkarlarınla yenidən birləşmək çox həyəcanlıdır. Bu, sözlə təsvir edilə bilməyən müstəsna bir məqamdır. Qoy bu qələbə yaxşı silsilənin başlanğıcı olsun”, – deyə Ramos şövqlə bildirib.

Bu, Serxio Ramosun cari mövsümdə ilk oyundur. Təcrübəli futbolçu 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçmişdi. Veteran Ramos bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubuna qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ümumiyyətlə, Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.

5 turdan sonra 4 oyun keçirmiş “Sevilya” La Liqada 3 xalla 17-ci pillədə qərarlaşıb. Əndəlus təmsilçisi 1 qələbə qazanıb, 3 məğlubiyyət yaşayıb, top fərqi isə 6:8 nisbətindədir. “Sevilya”nın 4-cü tur çərçicəsində “Atletiko”ya qarşı keçirməli olduğu oyun paytaxta yağmış güclü yağış səbəbilə təxirə salınıb.

“Las Palmas” isə 5 turdan sonra 2 heç-heçə, 3 məğlubiyyət alıb, “adalılar” 2 xalla 19-cu pillədə küllənirlər, top fərqi isə 1:4 nisbətindədir.

La Liqada 5 turdan sonra mütləq nəticə – 15 xalla “Real” liderlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: