Serxio Ramosda koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramosda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçunun verdiyi sonuncu koronavirus testinin nəticəsi pozitiv çıxıb. Madrid klubunun kapitanı artıq karantinə alınıb.

Qeyd edək ki, Serxio Ramos son dövrlər zədə səbəbindən komandaya kömək edə bilmirdi.

İspaniya yığmasının da üzvü olan təcrübəli futbolçu, bu mövsüm müxtəlif turnirlərdə 20 oyuna çıxıb, 5 qola imza atıb.