“Komo”nun baş məşqçisi, 38 yaşlı ispan mütəxəssis Sesk Fabreqas İtaliya A Seriyasında may ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İtalya A Seriyasının mətbuat xidmətinə istiandən məlumat verir.
Bu, gənc mütəxəssisin ardıcıl ikinci müvafiq mükafatıdır. Febreqas aprel ayınında da İtayia A Seriyasının ən yaxşı məşqçisi seçilmişdi.
May ayında Fabreqasın “Komo”su A Seriyasında 2 qələbə qazanıb (“Parma” 1:0, “Kalyari” 3:1), 1 heç-heçə (“Verona” 1:1) edib.
Mükafat Fabreqasa “İnter”lə 38-ci tur ev oyunu ərəfəsində təqdim ediləcək.
37 oyundan 49 xalla “Komo” İtaliya A Seriyasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
2024/2025 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısı isə belədir:
Avqust 2024 – Paolo Vanoli Daversa (“Torino”)
Sentyabr 2024 – Antonio Konte (“Napoli”)
Oktyabr 2024 – Marko Baroni (“Latsio”)
Noyabr 2024 – Can Pyero Qasperini (“Atalanta”)
Dekabr 2024 – Simone İnzaqi (“İnter”)
Yanvar 2025 – Antonio Konte (“Napoli”)
Fevral 2025 – Klaudio Ranyeri (“Roma”)
Mart 2025 – Vinçentso İtalyano (“Bolonya”)
Aprel 2025 – Sesk Fabreqas (“Komo”)


