Sesk Fabreqas “Komo”ya baş məqçisi əvəzi təyin edildi

“Arsenal” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Sesk Fabreqas İtaliyanın “Komo” komandasının baş məşqçisi əvəzi təyin edilib.

Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir:

“Komo 1907” və Moreno Lonqo əməkdaşlıqlarına xitam veriblər. Yeni baş məşqçi axtarışlarına dərhal başlanılacaq, Sesk Fabreqas və hazırkı məşqçilər qərargahı isə hələlik onun səlahiyyətlərinin icrasını üzərinə götürəcəklər.

Bir neçə aylıq strateji planlaşdırmadan sonra direktorlar şurası hərəki dəyişikliyin klubun maraqlarına uyğun olduğuna qərar verib. Lonqo 2022-ci ilin sentyabrında “Komo”ya qoşulub və burada ötən mövsümü 13-cü pillədə başa vurduqdan sonra komandanın aşağı liqaya düşməməsinə kömək edib. Hazırda U-19 komandasını çalışdıran Fabreqas çərşənbə günü səhər ilk məşqini keçirəcək”, – klubun mətbuat xidməti “X” sosial şəbəkəsi üzərindən rəsmi bəyanat verib.

Xatırladaq ki, Fabreqas bu yay peşəkar futbolçu karyerasını İtaliyanın “Komo” komandasında başa vurub və dərhal klubun strukturunda gənclər komandasının məşqçisi çalışıb. İspaniyalı mütəxəssisin rəhbərliyi altında onun yetirmələri liqada 8 oyun keçiriblər və 12 xalla 7-ci pillədə qərarlaşıblar.

“Komo” B Seriyasında keçirdiyi 12 oyundan sonra 21 xalla 7-ci yerdədir. Fabreqas üçün bu təyinat, onun əsas komandanın baş məşqçisi kimi ilk təcrübəsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: