Sesk Fabreqas: “Qələbə qazanmaq üçün oynamaq istəyirəm”

Ötənlərin məşhur futbolçusu, “Komo”nun köməkçi məşqçisi, ispan mütəxəssis Sesk Fabreqas özünün məşqçilik fəlsəfəsi haqda söhbət açıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, ispan mütəxssisin bu barədə fikirlərini təqdim edir:

“Qələbə qazanmaq üçün oynamaq istəyirəm. Birincisi, qarşıma zehniyyəti dəyişmək vəzifəsini qoymuşam. Mən Luis Araqonesin qələbə və qalibiyyət fikrini özümə mənimsəmişəm. Oyunçular üslubu müəyyən edirlər, mən isə qalib gəlmək üçün oyunçuların xüsusiyyətlərinə uyğunlaşıram. Öz üslubunuzu oyunçuların xüsusiyyətlərindən üstün tutmaq eqoizmdir”, deyə Fabreqas vurğulayıb.

37 yaşlı gənc mütəxəssis onu da əlavə edib ki, bir neçə ay ərzində o, 5-3-2 müdafiə sxemində oynayan komandadan daha iddialı və təpki göstərən komandaya keçib.

Xatırladaq ki, 38 oyundan 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: