İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Verder” klubundan Ludviq Auqustinssonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. İsveç milli komandasının da üzvü olan futbolçu, yeni komandasında “3” nömrəli formanı geyinəcək.
Auqustinsson peşəkar karyerasına “Brommapoykarna” komandasında başlayıb. Daha sonra “Göteborq” və “Kopenhagen”də də oynamış futbolçu, 2017-ci ildən “Verder”in uğurları üçün çalışırdı.


