“Sevilya” yeni idman direktorunu təyin etdi

Bir neçə gün öncə Ramon Monçi ilə yollarını ayıran İspaniyanın “Sevilya” klubu yeni idman direktorunu təqdim edib.

Arena.az bu barədə La Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, İngiltərənin “Lids” klubunun sabiq direktoru, 2013/2014 mövsümündə Sankt-Peterburq “Zenit”inin skaut xidmətinə rəhbərlik etmiş Viktor Orta “Sevilya”nın yeni idman direktorudur.

Mütəxəssislə üç illik müqavilə imzalanıb. Orta 2006-2013-cü illərdə “Sevilya”da texniki direktor vəzifəsində çalışıb. Orta həmçinin İspaniyanın “Elçe” və İngiltərənin “Midlsbro” klublarında idman direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, iyunun 16-da Ramon Monçinin bu klubu tərk etdiyi və “Aston Villa”ya eyni vəzifəyə qəbul edildiyi haqda məlumat verilmişdi.

2022/2023 mövsümündə “Sevilya” yeddinci dəfə Avropa Liqasının qalibi olub. Komanda La Liqanı 12-ci pillədə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: