“Sevilya”nın hücumçusu “Ayaks”da

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub İspaniya “Sevilya”sının hücumçusu Usama İdrissini heyətinə qatıb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.

İdrissi 2020-ci ilin oktyabrında “Sevilya”ya transfer olunub. Mərakeş yığmasının üzvü bu mövsüm İspaniya təmsilçisində 12 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə Niderlandda “Qroningen” və “Alkmaar” klublarının da uğurları üçün çalışıb.