Şimon Marçinyak – 2023-cü ilin ən yaxşı futbol hakimi!

Polşalı Şimon Marçinyak Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 2023-cü ilin ən yaxşı hakimi elan edilib.

Arena.az xəbər verir ki, bu barədə IFFHS rəsmi saytı vasitəsilə məlumat yayıb.

Hazırda 43 yaşı olan ədalət təmsilçisi 175 xalla birinci pillədə qərarlaşıb.

İtaliyalı Daniele Orsato (95) ikinci, fransalı Klemen Turpen (64) üçüncü olub.

  1. Şimon Marçinyak (Polşa) – 175
  2. Daniele Orsato (İtaliya) – 95
  3. Klemen Turpen (Fransa) – 64
  4. Maykl Oliver (İngiltərə) – 36
  5. Entoni Teylor (İngiltərə) – 34
  6. Fransua Leteksye (Fransa) – 28
  7. Danni Makkeli (Niderland) – 19
  8. Vilmar Roldan (Kolumbiya) – 16
  9. Xesus Xil Mansano (İspaniya) – 11
  10. Feliks Zvayer (Almaniya) – 9.

Qadın hakimlər arasında da 2023-cü ilin ən yaxşı hakimi müəyyənləşib. Qadınlar arasında bu ada Fransadan olan Stefani Frappar layiq görülüb. O, 116 xalla birinci olub. Amerika Birləşmiş Ştatlarından olan Tori Penso 99 xalla ikinci, Uelsi təmsil edən Şeril Foster isə 54 xalla üçüncü yeri tutub.

  1. Stefani Frappar (Fransa) – 116
  2. Tori Penso (ABŞ) – 99
  3. Şeril Foster (Uels) – 54
  4. Katerina Monzul (Ukrayna) – 29
  5. Rebekka Uelç (İngiltərə) – 28
  6. Yoşimi Yamaşita (Yaponiya) – 19
  7. Edina Alves Batista (Braziliya) – 19
  8. Salima Mukansanya (Ruanda) – 15
  9. Yekaterina Koroleva (ABŞ) – 12
  10. Ester Staubli (İsveçrə) – 11.

Xatırladaq ki, Marçinyak Qətərdə keçirilmiş sonuncu dünya çempionatında Argentina və Fransa arasında baş tutan fantastik finalın baş hakimi olmuş və 2022-ci ilin ən yaxşı hakimi seçilmişdi. 2023-cü ildə də müntəzəmliyini qoruyan polşalı referi ardıcıl ikinci dəfə ən yaxşı elan edilir.

Stefani Frappar isə ardıcıl beşinci ildir ki, İFFHS tərəfindən dünyanın ən yaxşı qadın hakimi seçilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: