“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin İtaliya A Seriyasının 8-ci turunda “Roma” üzərində səfər qələbəsini (1:0) şərh edib.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bizə öz üzərimizdə işləmək və təkmilləşmək gərəkdir. Bəzi çətinliklərimiz vardı. “Roma” keyfiyyətli komandadır, amma biz daha yaxşı idik. Taraz birinci hissə, ardınca, qoldan sonra fərqi ikiyə çatdıra bilərdik. “Olimpiko” çətin meydandır. Mən isə uşaqlardan razıyam”, deyə Simone İnzaqi vurğulayıb.
Qeyd edək ki, “İnter” bu oyunda Lautaro Martinesin ikinci hissədə vurduğu yeganə qol sayəsində vacib 3 xal qazanıb.
8 turdan sonra “İnter” 17 xalla yarış cədvəlnin 2-ci pilləsində, “Roma” isə 10 xalla 11-ci pillədə qərarlaşıb. A Seriyasına 19 xalla “Napoli” başçılıq edir.


