Simone Pafundi “Udineze”ni “Sampdoriya”ya dəyişdi

İtaliyanın “Udineze” klubunun hücumameyilli yarımmüdafiəçisi Simone Pafundi bundan sonra “Sampdoriya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sampdoriya”nın rəsmi saytına istinadən xəbər verir.

İtaliyalı futbolçu yeni klubuna icarə müqaviləsi əsasında qoşulub. 19 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Simone Pafundi “Udineze”nin yetirməsidir. Gənc futbolçu sözügedən klubun əsas komandasında 21 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Pafundi 2024-cü ildə İsveçrənin “Lozanna Sport” klubunda da icarədə olub, 20 oyunda 1 qol və 2 assist müəllifi olub.

İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Pafundi 2022-ci ildə əsas millidə debüt edib. Amma ondan sonra futbolçuya əsas yığmanın heyətində oynamaq nəsib olmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: