Skott Karson “Mançester Siti”dən getdi

İngiltərənin “Mançester Siti” klubu təcrübəli qapıçısı, 39 yaşlı ingilis qolkiper Skott Karson ilə yollarını ayıracağını elan edib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şəhərlilər” müqaviləsinin müddəti başa çatmış 39 yaşlı qolkiperin sözləşməsinin yeniləmədiyini bəyan ediblər. Klub təcrübəli qapıçıya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Skott Karson bu komandaya 2019-cu ildə icarə əsasında qoşulmuşdu. Onun bu klubla ilk müqaviləsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu. “Derbi Kaunti”yə məxsus futbolçunun klubla müqavilə müddəti 2021-ci ildə bitəndə Karson “Mançester Siti” ilə ödənişsiz transfer əsasında müqavilə imzalamışdı. İngiltərə yığmasının sabiq qapıçısı o vaxtdan bəri hər il yayda bu klubla yeni müqavilə bağlayırdı.

Karsonun debütü 2004-cü ilin yanvar ayına təsadüf edir. 18 yaşında “Lids”in heyətində meydana çıxmış gənc Karson artıq karyerasını baş vurmaq üzrədir.

Təcrübəli qapıçının “Mançester Siti”də debütü isə 2021-ci ilin may ayına təsadüf edir. O zaman “şəhərlilər” “Nyukasl”ı məğlub etmişdilər. Karson “şəhərlilər”in forması ilə cəmi 2 rəsmi matça çıxıb və 3 qol buraxıb.

Skott Karson məhz “Mançester Siti”yə gəldikdən sonra, karyerasının qürub çağında oynamadan da olsa, müxtəlif titullara sahib çıxıb.

Xatırladaq ki, “Lids”in yetirməsi olan futbolçu, “Aston Villa”, “Şeffild Uensdey”, “Çarlton”, “Uiqan”, “Vest Bromviç”, “Bursaspor” kimi klublarda da çıxış edib. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən “Mançester Siti”yə keçənə qədər “Derbi Kaunti”də forma geyinib. O, İngiltərə yığmasında da 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: