Skott Maktominey – A Seriyasında aprelin ən yaxşı oyunçusu!

“Napoli”nin şotland yarımmüdafiəçisi Skott Maktominey aprel ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.

Maktominey ötən ay paytaxt klubunun heyətində A Seriyasında 4 oyunda iştirak edib. O, bu oyunlarda 5 qol vurub, komandası isə bu görüşlərdən üçündə qalib ayrılıb, birində xal itirib.

“Napoli” Maktomineyi 2024-cü ilin avqustunda “Mançester Yunayted”dən transfer edib. Keçid İtaliya klubuna 30,5 milyon avro məbləğ müqabilində başa gəlib. Şotland futbolçu italyan klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. “Mançester Yunayted” keçmiş futbolçusunun gələcək satışından müəyyən faizdə qazanc əldə etmək hüququnu özündə saxlayıb.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib. Skott Maktomineyin “qırmızı şeytanlar”ın heyətində çıxşının ümumi mənzərəsi 255 oyun, 29 qol və 8 məhsudar ötürmədən ibarətdir.

Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.

Cari mövsümdə Maktominey “Napoli” üçün 36 oyun keçirib, 12 qol vurub, 4 məhsuldar ötürmə verib.

Skott Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 58 oyun keçirib, 11 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Skott Maktominey karyerasında ilk dəfə A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)
Dekabr 2024 – Paulo Dibala (“Roma”)
Yanvar 2025 – Andre-Frank Zambo Anqissa (“Napoli”)
Fevral 2025 – Randal Kolo Muani (“Yuventus”)
Mart 2025 – Artyom Dovbik (“Roma”)

Xəbəri sosial şəbəkələrdə paylaş: