Şola Şoretayr – “Mançester Yunayted”in yeni rekordçusu!

Avropa Liqasının 1/16 final mərhələsinin İspaniya “Real Sosyedad”ı ilə cavab oyunu “Mançester Yunayted”in yarımmüdiəçisi Şola Şoretayr üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 0:0 hesabıyla bitən matçda meydana çıxan “qırmızı şeytanlar”ın gənc futbolçusu klubun tarixinə düşüb.

76-cı dəqiqədə meydana buraxılan Şola, “Mançester Yunayted”in avrokuboklarda iştirak edən ən gənc futbolçusuna çevrilib. O, “Real Sosyedad”la oyuna çıxan zaman 17 yaş 23 günlüyündə olub.

Qeyd edək ki, ilk oyunda “Real Sosyedad”ı 4:0 hesabıyla məğlub etmiş “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb. Sözügedən komandanı növbəti mərhələdə İtaliya “Milan”ı ilə mübarizə gözləyir.

Xatırladaq ki, Şola Şoretayr bir müddət əvvəl “Mançester Yunayted”lə yeni müqavilə bağlayıb.

17 yaşlı Nigeriya əsilli ingilis yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb. Amma anlaşmanın uzunmüddətli olduğu iddia olunur.

Şoretayr 9 yaşından “Mançester Yunayted”in futbol akademiyasındadır. O, daha çox “qırmızı şeytanlar”ın U-23 komandası ilə meydana çıxır.

Yarımmüdafiəçi İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinir.