Son iki mövsümün transfer balansına görə ən uğurlu klublar

Nüfuzlu “Transfermarkt” internet-portalı son iki mövsümün transfer balansına görə ən uğurlu klubların siyahısını dərc edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində Portuqaliya nəhəngi “Benfika” yer alıb. “Qartallar”ın gəliri 173,5 milyon avro təşkil edib.

Son iki mövsümün transfer balansına görə ən uğurlu klubların siyahısını təqdim edirik:

  1. “Benfika” (Portuqaliya) – 173,5 milyon avro;
  2. “Brayton” (İngiltərə) – 168,6 milyon avro;
  3. “Ayaks” (Niderland) – 150,2 milyon avro;
  4. “Sportinq” (Portuqaliya) – 142,1 milyon avro;
  5. “Roma” (İtaliya) – 127,3 milyon avro;
  6. “Vilyarreal” (İspaniya) – 124,5 milyon avro;
  7. “Red Bull Zalsburq” (Avstriya) – 113,5 milyon avro;
  8. “Atalanta” (İtaliya) – 104,8 milyon avro;
  9. “Mançester Siti” U21 (İngiltərə) – 103,7 milyon avro;
  10. “Uotford” (İngiltərə) – 94,7 milyon avro.
Xəbəri sosial şəbəkələrdə paylaş: