Fransanın 2-ci Liqasında mübarizə aparan “Soşo” futbol klubu böyük maliyyə çətinlikləri yaşayır və tezliklə müflis elan edilə bilər.
Arena.az bu barədə “France Bleu”yə istinadən xəbər verir.
İflasdan xilas olmaq və komandanın Nasyonal 1-də iştirak hüququnu təsdiq etmək üçün “Soşo”nun, kluba 10 gün ərzində 8 milyon avro investisiya yatırmağa hazır olan alıcıya ehtiyacı var.
Mənbənin məlumatına görə, Monbelyar klubunun DNCG (lisenziyalaşdırma komissiyası) tərkibində komandanın Nasyonal 1 liqası (üçüncü divizion) səviyyəsinə endirilməsi qərarından verdiyi apellyasiya şikayəti rədd ediləcək. Komissiya hökmü bu gün, iyunun 11-də elan etməlidir.
Bildirilir ki, “Soşo” həmçinin Nasyonal 1 səviyyəsi üçün məqbul büdcə təqdim etməkdə problemlər yaşayacaq – klubun bunu icra etməsi üçün bir neçə günü olacaq. Əks halda klub müflis elan olunacaq və Fransa həvəskarlar liqası Nasyonal 3-ə göndəriləcək.
Klubun səhmdarı Çinin “Nenkinq” şirkəti yaranmış büdcə kəsirini klubun büdcəsinə ödəməyəcək. Çinin daşınmaz əmlak bazarında maliyyə çətinlikləri ilə üzləşmiş şirkət “Soşo”nun itirdiyi vəsaiti daha kluba qaytarmaq imkanında deyil.
Xatırladaq ki, sözügedən komanda geridə qalmış 2022/2023 mövsümündə Liqa 2-ni 9-cu yerdə tamamlayıb.


