İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Albaniya yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 1-ci tur oyunu haqda danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən çətin oyun gözləyirəm, çünki Silvinyo Albaniya komandasını yaxşı təşkil edib. Onlar meydanda çox şey edə bilərlər. Onların A Seriyasında çıxış edən və bizim nəyə qadir olduğumuzu çox yaxşı bilən bir neçə oyunçusu var. Nəticəsi olaraq çox açıq oyun olacaq. Biz İtaliya olduğumuzu anlayaraq oynamalıyıq. Oyunun hər anında komanda şəklində oynamalıyıq”, deyə Spalletti vurğulayıb.
Xatırladaq ki, İtalya – Albaniya oyunu bu gün, iyunun 15-də Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


