İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqasının 1/4 finalının Almaniya ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az italyan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq qənaətini təqdim edir:
“Elə məğlubiyyətlər var ki, onlardan itələnmək gərəkdir, bu isə onlardan biridir. Çünki biz qorxunc fiziki səviyyəli oyunçulara qarşı var gücümüzlə, qardaş-qardaşa oynamaq çağırışını qəbul etmişik. Biz müdafiədən oynayaraq və qol məqamları yaradaraq, bunun öhdəsindən yaxşı gəldik.
Biz bəzi məqamlarda əziyyət çəkdik, amma biz şəxsi başısoyuqluğumuzdan qaynaqlanan o bir cüt məqamdan (ilk oyunda (1:2) buraxılmış qollar – redaktorun qeydi) başqa, demək olar ki, heç nə buraxmadıq. Biz etməli gərək olduğumuzu etdik, bizim o oyunu qazanmaq imkanımız vardı.
Biz birinci qarşılaşmanın başlanğıcını təkrar etməyə çalışacağıq. Mən əminəm ki, biz Milandakı həmin köklənməmizi qoruyub-saxlaya bilsək, nəticə fərqli olacaq. Həmçinin bizim, bizə öz fərdi keyfiyyətləri ilə yardımçı ola biləcək bir neçə başqa oyunçu ilə öz yaradıcılığımızı azacıq nümayiş etdirmək imkanımız da olacaq”, deyə Spalletti ilk oyunla müqayisədə heyətdə dəyişik edəcəyini başa düşməyə əsas verib.
Almaniya – İtaliya oyunu bu gün, martın 23-də Dortmunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Xatırladaq ki, komandalar arasında Milanda keçirilmiş ilk oyun Almaniya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.


