Spalletti Belçika ilə oyunda əldən verilmiş qələbədən danışdı

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Luçano Spalletti Belçika yığması ilə oyunda ev heç-heçəsinə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, “skuadra adzurra” UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 3-cü turu çərçivəsində Belçika yığması ilə oyunda 2:0 hesablı üstünlüyünü əldən verərək, 2:2 hesablı heç-heçə ilə barışıb.

“Oyunların gedişatını dəyişən məqamlar var. İkinci hissədə yaxşı oynamaq imkanımız oldu. Buraxılmış ikinci qol? Mən bir-iki qolu necə əldən verdiyimizə daha çox diqqət yetirərdim, amma onların məkanda fəaliyyət keyfiyyəti yaxşı idi. Az xüsuslarda geri qalsaq da, müdafiə zamanı meydanda aşağı enməyə məcbur olurduq. Standart vəziyyətlərdən əziyyət çəkdik, onların bəxti azacıq gətirdi”, – Spalletti matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

3 turdan sonra İtaliya yığması UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun yarış cədvəlində 7 xalla 1-ci pillədə qərarlaşıb. Digər komandalar belə sıralanıblar: Fransa – 6 xal, Belçika – 4 xal və xalsız İsrail.

Xəbəri sosial şəbəkələrdə paylaş: