Spalletti: “İspaniyanı olduğundan daha yaxşı saymaq – səhvdir”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İspaniya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bəzən biz hücum edə bilirik və bəzən öz yarımızda müdafiə olunmalı oluruq, amma fikrimiz həmişə öz futbolumuzu oynamağa çalışmaqdır.

İspaniya yığmasına və onların oyunçularına böyük hörmətimiz var, amma onların həqiqətən olduğundan daha yaxşı olduğunu düşünməməliyik. Bu, böyük bir səhv olardı. Biz də öz oyunumuzu oynaya bilərik. Sonda bunu edə biləcəyimizi görəcəyik, amma bu barədə oyundan sonra danışmaq gərəkdir”, deyə Spalletti bildirib.

İtalyan mütəxəssis həmçinin İspaniya yığmasına xasiyyətnamə, verib, rəqibin oyununu təhlil edib:

“İspaniya yığmasının öz siması var, o məktəb yaradıb. Bu, hər şeyə sahib olan komandadır: hamı əla oynayır. Mənə maraqlıdır ki, onlar qapıçıya təzyiq edəcəklərmi və biz bu təzyiqə necə qarşılıq verəcəyik. Onlar Xorvatiya yığması ilə oyunda təzyiq və gərginlik hesabına qalib gəliblər. Xorvatiya yığması söndü və ispanlar bundan mütləq surətdə yararlandılar. Əla oyun keçirdilər. Onların hər oyunda necə oynamaq istədiklərini çox tez mənimsəmələyik”.

Xatırladaq ki, İspaniya – İtaliya oyunu bu gün, iyunun 20-də Gelzenkirxenin “Feltins Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “B” qrupunda belə sıralanıblar:

  1. İspaniya – 3 xal (1 oyun)
  2. İtaliya – 3 xal (1 oyun)
  3. Albaniya – 1 xal (2 oyun)
  4. Xorvatiya – 1 xal (2 oyun)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: