Spalletti İtaliya yığmasının kapitanının adını açıqladı

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “skuadra adzurra”nın kapitanının kimliyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin cavabını təqdim edir:

“Canluici Donnarumma kapitan olaraq qalır. Biz gündən-günə qiymətləndirməyə davam edəcəyik. Hələlik bu, Donnarummadır”, detə Spalletti vurğulayıb.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. İtaliyan qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində bütün yarışlarda 42 oyuna çıxıb, 38 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Canluicinin PSJ-də çıxışının ümumi mənzərəsi isə belədir: 114 oyun, 113 buraxılmış qol, 39 “quru” oyun.

Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2004), Fransa Super Kubokunun (2022/2023, 2023/204) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 62 oyun keçirib, 49 qol yeyib, 27 oyunda qapısının toxunulmazlığını təmin edib. Canluici “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: