İtaliya yığmasının baş məqşçisi, 66 yaşlı italyan mütxəssis Luçano Spalletti “skuadra adzurra”nın sükanı arxasından qovulmasını şərh edib.
Arena.az məlumat verir ki, təcrübəli mütəxəssis 2026-cı il dünya çempionatının Avropa bölgəsinin təsnifat mərhələsinin “I” qrupunun Moldova yığması ilə oyunundan sonra İtaliya yığmasının sükanını təhvil verəcək.
Spalletti sözügedən oyuna həsr edilmiş mətbuat toplantısında bildirib ki, qovulması haqda xəbəri ona İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina şəxsən bildirib:
“Biz dünən axşam söhbətləşdik, o isə mənə, yığmanın baş məşqçisi vəzifəsindən azad ediləcəyimi dedi. Mən çox təəssüf edirəm, amma təslim olmaq niyyətində deyiləm. Mən qalmaq və öz işimi görmək istərdim, xüsusən də işlər belə pis getdiyi halda. Buna rəğmən, bu qovulmadır və mənə, bunu qəbul etmək gərəkdir. Mən həmişə öz ölkəmə xidmət etmişəm və yığmanın gələcəyini yüngülləşdirmək istəyirəm. Ən yaxşı həllər aramaq gərəkdir, mənimlə müaviləyə isə xitam veriləcək”, deyə Luçano vurğulayıb.
İtalyan mütəxəssis “skuadra adzurra”nı çalışdırdığı müddətdə ən çox narazı qaldığı məqamı da açıqlayıb:
“O məqamdan narazıyam ki, istədiyim oyun keyfiyyətinə müvəffəq ola bilmədim. Bu haqda təəssüflənirəm. Yığmanı qəbul edərkən, mən bilirdim ki, çətin dövrlər olacaq, amma bunun öhdəsindən gələ bilmədim. Ötən oyuna (Norveç – İtaliya – 3:0) gəlincə, siz bu haqda danışanda, xeyirxah idiniz. Biz bundan da pisinə layiq idik. Mən öz nəticələrimlə fəsadlar yaratmışam”.
Xatıraldaq ki, Spallettinin istefaya göndərilməsinə, İtaliya yığmasının 2026-cı il dünya çempionatının Avropa bölgəsinin təsnifat mərhələsinin “I” qrupunun Norveç yığması ilə səfər oyununda 0:3 hesablı gözlənilməz məğlubiyyəti səbəb olub.


