İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “Milan”ın sabiq müdafiəçisi Paolo Maldininin oğlu Danieli yığmaya çağırmasını şərh edib.
Arena.az “TuttoMercatoWeb” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, bizim üçün əskik olan oyunçudur. Onun əla oyun üslubu var, müdafiəçilərin qabağına sıçrayıb-çıxmağı bacarır və bu, onu tutub-saxlamağı çətinləşdirir. O, kürəyi qapıya sarı oynamağı bacarır, bəzən meydanda görünməz ola bilir, amma mən onun sabit surətdə ardıcıl oyunadığını görmüşəm və düşünürəm ki, o, ciddi tərəqqi əldə edib”, deyə Spalletti qərarını əsaslandırıb.
Hazırda “Montsa”da çıxış edən hücumameylli yarımmüdafiəçi Daniel Maldini “Milan”ın yetirməsidir. Daniel Maldini “Montsa”ya 2024-cü ilin iyulunda “Milan”dan azad agent qismində keçib. Buna qədər Maldini “Spetsiya”, “Empoli” və “Montsa”da icarə əsasında çıxış edib. Maldininin “Montsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvədədir.
Cari mövsümdə Maldini “Montsa” üçün 8 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarına dəvət alıb və oyun təcrübəsinə malikdir.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan hücumameylli yarımmüdafiəçi Daniel Maldininin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.



