Stanislav Çerçesov “Ferentsvaroş”dan qovuldu

Futbol üzrə Macarıstan çempionu “Ferentsvaroş” Rusiyadan olan baş məşqçisi Stanislav Çerçesov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Buna Budapeşt təmsilçisinin UEFA Çempionlar Liqasının 2023/2023 mövsümündə mübarizəni elə 1-ci təsnifat mərhələsində dayandırması səbəb olub. Belə ki, sözügedən komanda ötən gecə Farer adalarının “Klaksvik” komandasına öz meydanında sensasiyalı şəkildə uduzaraq (0:3, ilk oyun 0:0) mübarizəni dayandırıb.

Oyundan dərhal sonra klub rəhbərliyi Stanislav Çerçesovla görüş keçirib. Rəhbərlik onunla müqaviləni ləğv etməyə qərar verib.

Xatırladaq ki, Stanislav Çerçesov 2021-ci ilin dekabrından “Ferentsvaroş”a başçılıq edirdi. Bu komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında bütövlükdə 74 oyuna çıxıb. Macarlar bu görüşlərdə 41 ələbə qazanıblar, 13 heç-heçə ediblər, 20 məğlubiyyətə üzülüblər.

“Ferentsvaroş” Çerçesovun rəhbərliyi altında ötən mövsüm də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a uduzaraq mübarizədən kənarda qalmışdı.

59 yaşlı Çerçesov 2016-2021-ci illər aralığında da Rusiya yığmasına rəhbərlik etmişdi. O, “Legiya” (Varşava), “Dinamo” (Moskva), “Amkar” (Perm), “Terek”, “Jemçujina”, “Spartak” (Moskva), “Vakker” (Tirol) və “Kufştayn” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: