Bu yay “Roma”dan azad agent kimi ayrılmış italiyalı cinah hücumçusu Stefan El-Şaaravi 2025/2027 mövsümündə “Cenoa”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Genuya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Cenoa” 33 yaşlı italiyalı vingerlə 1+1 illik müqavilə imzalandığını bəyan edib. Təcrübəli futbolçu yeni klubuna azad agent kimi qoşulub.
2015-2019 illərdə də “Roma”da çıxış etmiş futbolçu 2021-ci ilin yanvarında yenidən bu kluba qayıtmışdı. El-Şaaravi “canavarlar”ın heyətində bütövlükdə 348 oyun keçirib, 66 qol vurub, 50 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Stefan El-Şaaravi məhz “Cenoa”nın yetirməsi hesab olunur. O, peşəkar karyerasına da bu komandada başlayıb. İtaliyalı vinger karyerası ərzində “Padova”, “Milan”, “Monako” və “Şanxay Şenhua” kimi klublarda da forma geyinib.
El-Şaaravi İtaliya millisində keçirdiyi 32 oyunda 7 qol, 4 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 2,4 milyon avro məbləğində qiymətləndirir.


