Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark AÇ-2024-ün açılış oyununda Almaniya yığmasına böyükhesablı məğlubiyyəti (1:5) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Ağır axşamdır. Biz öz səviyyəmizdə oynamadıq. Belə bir duyğu var ki, sanki özümüz özümüzü yarıtmadıq. Biz bu gün göstərdiyimizdən daha güclüyük və ümidvaram, növbəti iki oyunda bunu göstərə bilərik. Almaniya yığması qarşısıalınmaz idi və təəssüf ki, onlarla rəqabət apara bilmədik. Birinci hissədə hər şeyi çox tez əldən verdik. Oyunda möhkləmlənib mövqe tuta bilmədik”, deyə Stiv Klark açıqlayıb.
1-ci turdan sonra Almaniya yığması “A” qrupunda 3 xalla liderdir. Şotlandiya yığması isə xalsızdır və qrupun dibində – 4-cü yerdə qərarlaşıb.
“Tartan ordusu”nu 2-ci turda İsveçrə, 3-cü turda isə Macarıstan yığmaları ilə oyunlar gözləyir.


