Stiv Klark İsveçrə ilə heç-heçədən razılıqla danışdı

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İsveçrə yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az BBC-yə istinadən, şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İlk oyunda biz meydana çıxmadıq (1-ci turda Almaniya yığmasına 1:5 hesablı məğlubiyyəti nəzərdə tutur – redaktorun qeydi). Öz oyunumuzu nümayiş etdirəndə yaxşı komandamız olur. İlk oyunun nəticəsini bir kənara qoymalısınız, çünki həmin axşam həqiqətən çox pis keçdi. Bu gün hücuma keçmək, top qovmaq və rəqibin cərimə meydançasında oynamaq əzmindəydik. Deməliyəm ki, bu, çox yaxşı komandaya qarşı oyun idi”, deyə Stiv Klark bildirib.

2-ci turdan sonra Almaniya yığması 6 xalla “A” qrupuna başçılıq edir. İsveçrə yığması 4 xalla 2-ci, Şotlandiya yığması 1 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız Macarıstan yığması isə sonuncu, 4-cü yerdədir.

Vurğulayaq ki, Macarıstan yığması üzərində qələbə ilə Almaniya yığması yarışın ələmə mərhələsinə – 1/8 finala vəsiqəni təmin etmiş ilk komanda olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: