Azərbaycan Premyer Liqasının yeni mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” Ərzurumdakı təlim-məşq toplanışını başa vurub.
Arena.az xəbər verir ki, “kimyaçılar” bu gün gecə saatlarında vətənə dönəcəklər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Ərzuruma yollanan “gənclik şəhəri” təmsilçisi orada yerli komandalarla iki yoxlama görüşü keçirib. Samir Abasovun yetirmələri “Sivasspor”a 0:1, “Ərzurumspor”a isə 3:4 hesabı ilə məğlub olub.
“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk turunda avqustun 5-də “Səbail”lə üz-üzə gələcək. Bayıldakı “ASCO Arena”da baş tutacaq sözügedən matça saat 18:30-da start veriləcək.


