“Sumqayıt” Ərzurumda ilk məşqinə çıxdı

Növbəti mövsümə hazırlıq üçün ötən gecə Türkiyəyə yola düşən “Sumqayıt” bu gün Ərzurumdakı təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, komanda toplanışın ilk gününü bir çalışma ilə başa vurub.

Baş məşqçi Samir Abasovun rəhbərliyi ilə gerçəkləşən məşqdə fiziki və taktiki tapşırıqlar icra olunub.

Xatırladaq ki, “Sumqayıt” yeni mövsümün hazırlığına iyunun 26-dan etibarən başlamışdı. O vaxtdan doğma meydanda hazırlaşan komanda iyulun 27-nə qədər Ərzurumda məşq edəcək. Samir Abasov yetirmələrini qardaş ölkədə yoxlama oyunlarında da sınaqdan keçirəcək. Amma rəqiblərin kimliyi və oyunların tarixləri tam dəqiqləşmədiyi üçün hələ bu haqda rəsmi açıqlama verilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: