“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasında 150-ci məğlubiyyətini alıb. Arena.az xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə matçına təsadüf edib.
0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi 317-ci görüşündə “150”yə çatıb.
Sumqayıtın eyniadlı təmsilçisi məğlubiyyətlərin 64-nü evdə, 86-sını səfərdə alıb. Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub. “Sumqayıt” buna çatan 9-cu komandadır.
Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.


