“Sumqayıt” “Adana Dəmirspor”la heç-heçəyə razılaşdı

Yeni mövsümə Ankaranın Qızılcahamam bölgəsində hazırlaşan “Sumqayıt” bu gün Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda üçüncü sınağında Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”la qarşılaşıb.

Bolqollu oyunda qalib müəyyənləşməyib. Tərəflər meydanı 2:2 hesablı bərabərliklə tərk ediblər. “Sumqayıt”ın heyətində yeni transferlər – Nikola Vuynoviç və Rəhim Sadıxov fərqləniblər.

Xatırladaq ki, sumqayıtlılar Ankaradakı ilk yoxlama matçını iyulun 7-də Rusiyanın “Orenburq” komandasına qarşı keçirmiş və 1:2 hesabıyla məğlub olmuşdular. Komanda Türkiyənin “Gənclərbirliyi” kollektivi ilə görüşdə isə 1:0 hesablı qələbəyə sevinmişdi.

“Sumqayıt” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Bu komanda sözügedən turnirin 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə ayın 31-də Macarıstanda keçiriləcək.

Yoxlama oyunu
16 iyul

Sumqayıt – Adana Dəmirspor 2:2

Xəbəri sosial şəbəkələrdə paylaş: