“Sumqayıt” “Adana Dəmirspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Ankaradakı hazırlıq çərçivəsindəki son rəqibinin kimliyinə aydınlıq gəlib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”la qarşılaşacaq. İyulun 16-da baş tutacaq matçın məkanı və saatı barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Rusiyanın “Orenburq” komandası ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Samir Abasovun komandası iyulun 12-də də Türkiyənin “Gənclərbirliyi” kollektivi ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: