Yeni mövsümə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda İran çempionu “İstiqlal”la üz-üzə gəlib.
Azərbaycan təmsilçisi bu oyunda 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Türkiyənin 1-ci Liqa təmsilçilərindən “Bandırmaspor” (2:2) və “Samsunspor”la (0:2) da yoxlama oyunu keçirmişdi.
İyulun 29-da keçiriləcək bərpa məşqi ilə sumqayıtlılar 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da Azərbaycana qayıdacaq.


