Sumqayıt böyük basketbolu qarşılamağa hazırdır

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümündən etibarən Sumqayıtı şəhərin eyniadlı “Sumqayıt” komandası təmsil edəcək.

Arena.az xəbər verir ki, yeni yaranmış bu klub öz ev oyunlarını təmirdən çıxmış Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçirəcək.

Qeyd edək ki, yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb. Yekun tamamlanma işləri bitdikdən sonra arena “Sumqayıt”ın istifadəsinə veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: