“Sumqayıt” da Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümününün 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.

Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması Sumqayıtda keçirilib.

Burada Premyer Liqa təmsilçisi “Sumqayıt”la Birinci Liqada mübarizə aparan “Karvan” komandaları üz-üzə gəliblər. Dörd qolun vurulduğu bu matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. Nəticədə, Yevlax təmsilçisi kubokla vidalaşıbsa, “Sumqayıt” 1/4 finala yüksəlib.

Xatırladaq ki, daha öncə “Sabah” səfərdə “Kəpəz”ə 4:3 hesabıyla qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmışdı. Bu mərhələnin qalan oyunları 19, 20 və 21 dekabrda keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

Sumqayıt – Karvan 3:1
Qollar: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Sumqayıt şəhər stadionu, 17:00.

Sumqayıt: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 2. Nemət Şıxəmirov, 16. Tural Axverdiyev, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Karvan: 99. Şahin Zəkiyev, 88. Müşfiq Teymurov (k), 10. Akif Tağıyev, 9. Zaur Fərzəliyev, 7. Ceyhun Muxtarlı, 3. İzzət Müştaqov, 18. Elvin İsmayılov, 22 Əli Abdullayev, 6. Anqenor Qnapi, 8. Peter Kinqs, 14. Uensli Ondo.
Ehtiyat oyunçular: 1. Amil Orucov, 12. Tornike Kvaratsxeliya, 11. Elnur Mustafazadə, 2. Əzəmət Ələkbərli, 5. Əyyub Cabbarov, 20. Cavanşir Cavanşirov, 4. Milad Bayrampur.
Baş məşqçi: Kənan Kərimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: